Dəyərlərimiz - Sara İnvest

Dəyərlərimiz

Şəffaflıq

Biz biznesi açıq, ləyaqətlə və başqalarına hörmət edərək aparırıq. Biz holdinqin hər bir tərəfdaşına dəyər veririk, qarşılıqlı etimad və hörmət əsasında tərəfdaşlıq qururuq. Biz onların nailiyyətlərini yüksək qiymətləndirir və səmərəli, şəffaf və qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışırıq. Biz dürüst, etik və etibarlıyıq.

Peşəkar kollektiv

Təlim keçmiş ixtisaslı kollektivin fəaliyyəti holdinqimizin hər bir sahəsində işin, habelə sifarişçilərə göstərilən xidmətlərin yüksək keyfiyyətini təmin edir. Əməkdaşlarımızın birlik, mehribançılıq, açıqlıq, əməkdaşlıq ideyalarına sadiq olmasını, yüksək standartlara nail olmağa çalışmasını gözləyirik. Biz innovativ yanaşma, aktiv mövqe, təşkilati çeviklik və mobilliyi qiymətləndiririk. Biz müxtəlif mədəniyyətlərin, mövqelərin və fərqli xarakterlərin birləşməsinin üstünlüklərinin fərqindəyik və bunu həyata keçirməyə çalışırıq.

Effektivlik

İstehlakçıları ehtiyaclarını ödəmək üçün ən yaxşı məhsullarla və xidmətlərlə nə dərəcədə effektiv təmin etdiyimizin son ölçüsü mənfəətdir. Mənfəət holdinqin ayaqda qalması və böyüməsi üçün vacibdir. Maksimum nəticə əldə etmək üçün əlimizdən gələni edirik. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmirik və həmişə daha artığına nail olmağa çalışırıq.

Sosial məsuliyyət

Biz hər bir hərəkətimizin və onun nəticəsinin fərqindəyik və məsuliyyət daşıyırıq. Biz ətraf mühitin qayğısına qalırıq, həmkarlarımız, tərəfdaşlarımız və bütövlükdə cəmiyyət qarşısında sosial məsuliyyət daşıyırıq.

Keyfiyyət

Təqdim etdiyimiz məhsul və xidmətlərin keyfiyyətini maksimum yüksək saxlayırıq. Keyfiyyəti şirkət fəaliyyətinin müştəri tələblərinə uyğunluğu, məhsulların və göstərilən xidmətlərin xassələrinin və xüsusiyyətlərinin sistematik şəkildə təkmilləşdirilməsində görürük.

Nüfuz

Holdinqimizin kollektivi dövlət strukturları, beynəlxalq qurumlar və korporasiyalarla uzunmüddətli və sıx əməkdaşlığı sayəsində etibarlı tərəfdaş kimi tanınır.

slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo
slogo