"Sara İnvest Holding" MMC-nin idarə heyətinin üzvü Səbuhi Süleyman oğlu Abdullayev Holdinqin idarə heyyətinin sədri təyin edilib. Qərar idarə heyətinin sonuncu toplantısında yekdilliklə qəbul olunub. Şirkətin CEO postunda fəaliyyətini davam etdirəcək Səbuhi Abdullayev ilk növbədə biznesin inkişafı məsələlərində innovativ yanaşmanın tətbiqinə xüsusi diqqət yönəldəcəyini bildirib.
Fürsətdən istifadə edərək, Səbuhi bəyi təbrik edir, yeni və məsuliyyətli işində ona uğurlar diləyirik!
Tarix: 05-02-2024