Ölkənin özəl sektorunda 20 ilə yaxın təcrübəyə malik Şirkətlər grupu bundan sonra da öz fəaliyyətində innovativ yanaşmaların tətbiqini önə çəkəcək. Azərbaycanda özəl sektorun inkişafına yönəlik dövlət qayğısı yerli brendlərin MDB və Avropa ölkələrində tanınmasına da böyük təkan verir. Belə bir şəraitdə AZERA HOLDİNG Azərbaycanda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması, əmək bazarında yerli keyfiyyətli kadr potensialının artırılmasına bundan sonra da xüsusi önəm verəcək.
Qeyd edək ki, Şirkətin yenilənmiş logosunda istifadə olunan simvol bərəkət ağacı nişanından götürülüb. Bu simvol bol ruzi-bərəkəti, kainatın quruluşunu özündə ehtiva edir. Hər biri holdinqin fəaliyyət sahələrini tərənnüm edən bu nişanlar bir radius ətrafinda birləşdirilərək mərkəzində səkkiz guşəli ulduzu ərsəyə gətirib.
Dünya bazarlarında xidmət və məhsul çeşidlərinin artırılmasını hədəfləyən AZERA HOLDİNG rebrendinqdən sonra “AZERA - dünyaya səslənən Azərbaycan erası!” sloqanı ilə təşviq olunacaq.
Tarix: 04-03-2024